Millimizə cəlb olunması gözlənilən futbolçu "Spartak"ın hədəfində
"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev yenidən "Spartak"da çıxış edə bilər. Rusiyanın don24.ru saytının yaydığı xəbərə görə, Moskva təmsilçisi sabiq futbolçusunu heyətinə cəlb etnək istəyir.
"Qırmızı-qaralar"ın azərbaycanlı oyunçunun keçidi üçün 1 milyon avro ödəməyə hazır olduğu bildirilir. "Spartak" Ayazı son vaxtlar adı qalmaqallarda çəkilən Denis Qluşakovla əvəzləmək niyyətindədir.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçinin əsas millimizə cəlb olunması gündəmdədir.
Facebook-da paylaş