Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Filip Ozobiç: “Bütün gücümü Azərbaycan millisinin uğuru üçün sərf edirəm”



“Xorvat olaraq qalıram, amma bütün gücümü Azərbaycan millisinin uğuru üçün sərf edirəm”.

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Filip Ozobiç Rusiyanın “RB Sport” nəşrinə müsahibəsində deyib.

Bu yay “Qarabağ”dan “Neftçi”yə keçən 32 yaşlı yarımmüdafiəçi milli seçimini belə əsaslandırıb: “Düzdür, Xorvatiyanın əsas yığmasında iştirak etmişəm. Ancaq sonradan Azərbaycan millisində oynamağı qərara aldım. Bu komandanın heyətində artıq 10 oyun keçirmişəm. Buna görə şadam”.

Vaxtilə Moskva “Spartak”ında çıxış etmiş Ozobiç Rusiya və Azərbaycan paytaxtlarını müqayisə edib: “Moskva çox gözəldir. Amma mən uzun müddətdir Bakıda yaşayıram, oynayıram. Bakı da çox cəlbedici şəhərdir”.

Qeyd edək ki, Filip Ozobiç 2010-2013-cü illərdə “Spartak”ın formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş