Əsas Səhifə > Maraq > “Spartak”la xatirə oyununda iştirak edəcək dünya yığmasının heyəti müəyyənləşib
“Spartak”la xatirə oyununda iştirak edəcək dünya yığmasının heyəti müəyyənləşib8-08-2023, 15:30 |
Ötənlərin məşhur futbolçuları rusiyalı mərhum oyunçu İlya Sımbaların xatirəsinə həsr olunmuş oyunda iştirak edəcəklər. BrendSport.az xəbər verir ki, sentyabrın 9-da baş tutacaq görüşdə Moskva “Spartak”ı ilə dünya ulduzlarının komandası üz-üzə gələcəklər. Moskvadakı “Otkritie Bank Arena”da baş tutacaq qarşılaşmada dünya yığmasının heyətində Emmanuel Adebayor, Fernando Moryentes, Santyaqo Kanisares, Floran Maluda kimi tanınmış simalar çıxış edəcəklər. “Spartak”da isə 1993-1999-cu illərdə Sımbalarla komanda yoldaşı olmuş oyunçular, həmçinin, Luis Pereyra Robson, Markao, Cerri-Kristian Çuyse kimi əcnəbilər meydana çıxacaqlar. Qeyd edək ki, İlya Sımbalar 2013-cü ildə ürək xəstəliyindən vəfat edib. Geri qayıt |