Konfrans Liqası: Türkiyə klublarının mümkün rəqibləri müəyyənləşib
Türkiyə klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
BrendSport.az xəbər verir ki, “Beşiktaş”ın Azərbaycan təmsilçisi “Neftçi” ilə təşkil etdiyi cütün qalibi növbəti raundda “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) duelinin güclüsü ilə üz-üzə gələcək.
İstanbulun digər təmsilçisi “Fənərbağça” Sloveniya “Maribor”unu yensə, “Tvente” (Niderland) – “Riqa” (Latviya) cütünün qalibi ilə görüşəcək.
“Adana Dəmirspor” isə Xorvatiyanın “Osiyek” klubunu üstələsə, Avropa Liqasının III təsnifat mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 24-31 avqustda baş tutacaq.
Facebook-da paylaş