Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Yuventus" UEFA-nın qərarına etiraz etməyəcək



Bu mövsüm avrokuboklardan kənarlaşdırılan İtaliya "Yuventus"u UEFA-nın qərarına etiraz etməyəcək.

BrendSport.az
xəbər verir ki, cəzaya baxmayaraq, Turin təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamayacaq.

"Yeni mövsümdə idman məhkəmələrində yox, meydanlarda mübarizə aparacağıq. İndi diqqəti A Seriyasına və İtaliya Kubokuna yönəltməyin vaxtıdır. Bu iki yarışda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik", - klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, "Yuventus" maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.


Facebook-da paylaş

Xəbəri paylaş