Əsas Səhifə > Maraq > "Yuventus" UEFA-nın qərarına etiraz etməyəcək
"Yuventus" UEFA-nın qərarına etiraz etməyəcək29-07-2023, 11:00 |
Bu mövsüm avrokuboklardan kənarlaşdırılan İtaliya "Yuventus"u UEFA-nın qərarına etiraz etməyəcək. BrendSport.az xəbər verir ki, cəzaya baxmayaraq, Turin təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamayacaq. "Yeni mövsümdə idman məhkəmələrində yox, meydanlarda mübarizə aparacağıq. İndi diqqəti A Seriyasına və İtaliya Kubokuna yönəltməyin vaxtıdır. Bu iki yarışda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik", - klubun yaydığı açıqlamada bildirilib. Qeyd edək ki, "Yuventus" maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib. Geri qayıt |