"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər
BrendSport.az xəbər verir ki, Avropa futbol qurumu mümkün maliyyə maxinasiyasında günahlandırılan "qoca sinyora" ilə bağlı araşdırma aparır.
İddiaya görə, bütün lazımi sənədləri Turin prokurorluğundan alan qurum avqustun sonunadək İtaliya məhkəməsinin qərarını gözləyəcək. Qərar çıxmayacağı təqdirdə, hökmü UEFA-nın müvafiq komissiyası verəcək. Bu halda "Yuventus"un ən azı bir mövsüm avrokuboklarda iştirakdan məhrum ediləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında "Yuventus"un 15 xalını silib. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşib. Daha sonra isə klubun silinən xalları növbəti məhkəmə qərarınadək bərpa olunub.
Facebook-da paylaş