Çempionlar Liqası: "Rakuv" - "Qarabağ" oyunu başlayıb
Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
BrendSport.az xəbər verir ki, "Miejski" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:15-də start götürüb.
Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edir.
Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Facebook-da paylaş