Tanınmış basketbolçunun oğlu infarkt keçirib
ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceymsin oğlu Bronni Ceyms infarkt keçirib.
BrendSport.az xəbər verir ki, xoşagəlməz hadisə məşq zamanı baş verib.
Dərhal xəstaxanaya çatdırılan 25 yaşlı oyunçunun durumunun sabit olduğu bildirilib. O, artıq reanimasiyadan palataya köçürülüb.
Facebook-da paylaş