Məşhur basketbolçu 12 dəfə iflic, 6 dəfə infarkt keçirib - Şok açıqlama
Çinin "Şenzen Leopards" klubu ilə anlaşaraq baketbola dönəcəyini açıqlayan Lamar Odom səhhəti ilə bağlı şok açıqlamalar verib.
Keçmiş NBA ulduzu 2015-ci ildə komaya düşməsi ilə bağlı komediya ustası Kevin Hartın "Youtube" kanalındakı proqramına danışıb. 3 il əvvəl Nevada şəhərində bir fahişəxanada huşsuz şalda tapılan Odomun kokain və viaqradan istifadə etdikdən sonra spirtli içki qəbl etdiyi müəyyənləşmişdi.
Həmin günlərlə bağlı danışan basketbolçu yaşamasının möcüzə olduğunu bildirib: "Ölümə nə qədər yaxınlaşdım" sualına həkimlər oyanmağımın möcüzə olduğunu cavabını verdi. Komada olduğum dövrdə 12 dəfə iflic, 6 dəfə infarkt keçirdiyimi dedilər".
Qeyd edək ki, Lamar Odom 14 illik NBA karyerası ərzində "Clippers", "Heat", "Mavericks", "Lakers" klublarda oynayıb, 2009 və 2010-cu illərdə çempion olub.
Facebook-da paylaş