Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc idmançı məşqçisi tərəfindən seksual zorakılığa məruz qalıb



Dünya idmanındakı seks qalmaqalları səngimək bilmir. Növbəti belə xoşagəlməz hal Rusiyada yaşanıb.

Belə ki, yeniyetmə biatlonçu Anna Moiseyeva məşqçisi Sergey Tutmin tərəfindən seksual zorakılığa məruz qalıb.

Moksva ətrafındakı “İstina” idman məktəbinin çalışdırıcısı 17 yaşlı idmançıya sevgi yaşamağı təklif edib: “Ötən ilin sentyabrda Saranskda toplanışda olarkən məşqçi məni öz nömrəsinə çağırdı. Mən yarış haqda söhbət edəcəyimizi düşündüm. Otağa girdikdə, məndən niyə şalvar geyindiyimi soruşdu. Bildirdi ki, gedib şortla gəlməliyəm. Mən imtina etdikdə yarış öncəsi iclasa qatılmaqdan məhrum olacağımı söylədi. Mən də komanda ilə birgə olduğum üçün razılaşdım. Geyimimi dəyişib qayıtdıqdan sonra qapını örtüb, televizorun səsini tam qaldırıb və telefonumu aldı. Əvvəl yürüş haqda söhbət etdikdən sonra mənə belə dedi: “Niyə gəldiyini yəqin ki, bilirsən. Səni masaj etməyimdən imtina etməzsən”.

İdmançı bildirib ki, məşqçi ilə razılaşmayandan sonra ona daim komandada olacağı ilə bağlı vədlər verib: “Söhbət edərkən, əvvəlcə ayaqlarımı da tumarlayırdı. Mən ayağımı yığışdıranda bildirdi ki, bu, sənin üçün vacibdi. Nəticələrin o qədər yaxşı deyil və necə olacağın bilinmir”.

Moiseyeva bu hadisənin 4 dəfə təkrarlandığını bildirib: “Birinci dəfə Soranskda, ikinci dəfə isə lazımı sənədlərə qol çəkməzdən öncə belə hal yaşanıb. Yanvarda Sankt-Peterburqda baş tutan toplanışın son günü də məni yatağına çağırıb. Ötən ay isə onunla söhbətə getməkdən imtina etdim”.

Anna artıq bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.



Apasport


Facebook-da paylaş

Xəbəri paylaş