İbrahimoviçin sirri açıldı
ABŞ-ın “Los Anceles Qalaksi” klubunun hücumçusu Zlatan İbrahimoviçin son zamanlar tez-tez istifadə etməyə başladığı akrobatik vuruşların sirri ortaya çıxıb.
Xarici mətbuatda yayılan xəbərə, isveçli hücumçunun bu zərbələrinin sirrinin taekvondo dərslərində olduğu məlum olub.
Belə ki, 37 yaşlı futbolçu ABŞ-a getdikdən sonra braziliyalı keçmiş taekvondo çempionu Pernambuko Sonekadan taekvondo dərsləri almağa başlayıb. Artıq 4 aydır ki, dörd dəfə Cənubi Amerika çempionu olan Sonekadan dərs alan İbrahimoviçin, bunun sayəsində yaşıl meydanlarda akrobatik zərbələrin sayını çoxaltdığı deyilir.
Facebook-da paylaş