Stolüstü tennisçimiz Avropanın ilk səkkizliyində
İstedadlı idmançımız Mərziyyə Nurmətova yeniyetmə və gənc stolüstü tennisçilərin Polşanin Qlivitse şəhərində keçirilən Avropa birinciliyində ilk səkkizlikdə yer alıb.
BrendSport.az xəbər verir ki, 15 yaşlı idmançı yarışın 1/32 final mərhələsində Niderland təmsilçisinə 4:3, 1/16 finalda Yunanıstan idmancısına 4:2, 1/8 finalda ukraynalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə Nurmətova qitə birinciliyini ilk səkkizlikdə başa vurub.
Qeyd edək ki, bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstəridiyi ən yaxşı nəticədir.
Facebook-da paylaş