Əsas Səhifə > Maraq > Stolüstü tennisçimiz Avropanın ilk səkkizliyində
Stolüstü tennisçimiz Avropanın ilk səkkizliyində22-07-2023, 22:05 |
İstedadlı idmançımız Mərziyyə Nurmətova yeniyetmə və gənc stolüstü tennisçilərin Polşanin Qlivitse şəhərində keçirilən Avropa birinciliyində ilk səkkizlikdə yer alıb. BrendSport.az xəbər verir ki, 15 yaşlı idmançı yarışın 1/32 final mərhələsində Niderland təmsilçisinə 4:3, 1/16 finalda Yunanıstan idmancısına 4:2, 1/8 finalda ukraynalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. 1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə Nurmətova qitə birinciliyini ilk səkkizlikdə başa vurub. Qeyd edək ki, bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstəridiyi ən yaxşı nəticədir. Geri qayıt |