Stolüstü tennisçilərimizdən daha bir medal
BrendSport.az xəbər verir ki, stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Türkiyənin Antalya şəhərində təşkil etdiyi "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
1/8 finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca türkiyəli Elif Akyürek – Ahmed Gülenler tandemini də mübarizədən kənarlaşdırıblar.
Yarımfinalda Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Xatırladaq ki, yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.
20 ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.
Facebook-da paylaş