Ferstappen Böyük Britaniya Qran Prisinin qalibi olub
“Red Bull” komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 10-cu turu olan Böyük Britaniya Qran Prisinin qalibi olub.
BrendSport.az xəbər verir ki, ikinci yeri “McLaren”dən britaniyalı Lando Norris tutub.
Üçüncü yerdə “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton qərarlaşıb.
Qran Prinin növbəti mərhələsi iyulun 21-dən 23-dək Macarıstanda keçiriləcək.
Facebook-da paylaş