Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fernando Alonso özünün “Ferrari Enzo” avtomobilini satışa çıxarıb

Fernando Alonso özünün “Ferrari Enzo” avtomobilini satışa çıxarıb


Fernando Alonso 2023-cü ildə Formula 1 yarışlarında “Aston Martin” zavod komandasının pilotu statusunda debüt edib.

BrendSport.az
xəbər verir ki, İspaniyalı artıq Britaniya kollektivi ilə bir çox podiumları fəth edib, bu komandadan dünyanın ən güclü seriyalı krossover mükafatını - 707 nömrəli “Aston Martin DBX707” avtomobilini qazanıb, indi isə qəflətən öz kolleksiyasına məxsus olan avtomobillərdən birini satmaq qərarına gəlib.

“Monaco Car Auctions” hərracında ikiqat dünya çempionunun sahib olduğu “Ferrari Enzo” avtomobili satılacaq. Firmanın istehsal etdiyi qırmızı rəngdə olan, çox güclü mühərrik və sürət qutusuna malik bu maşının dəri salonu qara rəngdədir. Avtomobil cəmi 4800 kilometr yol qət edib. Bütün bu göstəricilər onu varlı kolleksiyaçılar üçün cəzbedici edir.

Hərracın təşkilatçıları “Ferrari Enzo” avtomobilinin satışından bir neçə milyon dollar gəlir əldə etməyi düşünürlər. Xatırladaq ki, Fernando Alonso 2010-cu ildən 2014-cü il də daxil olmaqla, dörd il müddətində Formula 1 “Ferrari” zavod komandasının tərkibində çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş