Alonso “Daytonada 24 saat” marafonunda iştirak edəcək
Formula 1 yarışlarında karyerasını başa vurmuş ispan pilot Fernando Alonso “Wayne Taylor Racing” qrupunun tərkibində və “Cadillac Dİi-VR” avtomobilinin sükanı arxasında 2019-cu ilin IMSA seriyasından olan “Daytonada 24 saat” marafonunda iştirak edəcək. Bununla bağlı “General Motors” şirkəti ilə pilot arasında razılıq əldə olunub.
BrendSport.az “RaceFans” saytına istinadla xəbər verir ki, bu razılığa əsasən, Alonso “Indy 5090” əfsanəvi yürüşündə “Chevrolet” mühərriki olan maşınla çıxış edəcək. Kontrakt haqqında açıqlama dekabrın əvvəlində gözlənilir.
Əvvəllər Alonso və dəfələrlə NASCAR çempionu olmuş Cimmi Conson Bəhreyn trasında nümunəvi çıxışlar keçiriblər. Pilotlar bu yürüşlərdə texnika mübadiləsi ediblər.
Xatırladaq ki, Fernando Alonso Formula 1 dünya çempionatlarında özünün son yürüşünü 2018-ci il noyabrın 25-də Əbu-Dabidə keçirilən Qran-Pridə keçirib.
Facebook-da paylaş