Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Markos Alonsoya 60 milyon qiymət qoyuldu



“Çelsi” “Real” və “Atletiko”un maraq dairəsində olan Markos Alonsonun təzminat məbləğini açıqlayıb.

“AS” nəşrinin yaydığı xəbərə görə, “zadəganlar” ispan müdafiəçiyə 60 milyon avro qiymət qoyub. Hazırda 27 yaşlı futbolçunu almağa əsas namizəd “Atletiko”dur. Madrid təmsilçisi PJ-yə keçidi gündəmdə olan Felipe Luisin boşluğunu məhz Alonso ilə doldurmaq istəyir.

“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri müdafiəçini komandasında saxlamaq istəsə də, klub rəhbərliyi 60 milyondan aşağı olmamaq şərti ilə, onu satmağa hazırdır.

Qeyd edək ki, Alonso Madrid “Real”ının yetirməsidir. O, 2010-cu ildə “kral klubu”nun heyətində 1 oyun keçirib.


Facebook-da paylaş

Xəbəri paylaş