Ulduz futbolçu 5 aydan sonra məşqlərə başlayıb
Almaniya millisinin və “Bavariya” klubunun qapıçısı Manuel Noyer 5 aydan sonra məşqlərə başlayıb.
BrendSport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi tviter səhifəsində paylaşım edib.
Bildirilib ki, 2022-ci ilin dekabrında xizək sürən zaman ayağı sınan 37 yaşlı qolkiper kollektivlə birgə çalışmalara qatılıb. Ancaq ulduz futbolçu ən yaxşı halda gələn mövsüm rəsmi oyunlarda iştirak edə biləcək.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.
Facebook-da paylaş