Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona”nın vitse-prezidenti məşhur futbolçunun klubunun idman direktoru olacağını açıqlayıb






“Barselona”nın vitse-prezidenti Rafa Yuste katalonların sabiq yarımmüdafiəçisi Dekunun klubun yeni idman direktoru olacağını təsdiqləyib.

BrendSport.az xəbər verir ki, bu barədə idman insayderi Fabritsio Romano tviterdə yazıb.

Bildirilib ki, Deku Mateu Alemani ilə birgə çalışacaq. Portuqaliyalı klubu tərk edən Yordi Kroyfun vəzifəsinə keçəcək.

Xatırladaq ki, 45 yaşlı sabiq hücumameyilli yarımmüdafiəçi Deku (Anderson Luis de Souza) 2004-cü ildən 2008-ci ilədək “Barselona”nın formasını geyinib. Futbolçu karyerasını 2013-cü ildə başa vurub.


Facebook-da paylaş

Xəbəri paylaş