Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1: Peres hesab edir ki, Bakıda Ferstappeni seyfti-kar olmadan da ötüb keçəcəkdi

Formula 1: Peres hesab edir ki, Bakıda Ferstappeni seyfti-kar olmadan da ötüb keçəcəkdi


“Red Bull Racing” komandasının pilotu Serxio Peres bildirib ki, o, bütün hallarda, hətta Maks Ferstappenin pit-stopundan sonra meksikalıya maşın təhlükəsizliyi (seyfti-kar) trasına çıxmağın kömək etmədiyi vəziyyətdə də öz komanda yoldaşını qabaqlaya biləcəkdi.
BrendSport.az xəbər verir ki, “RaceFans” Peresin aşağıdakı sözlərini sitat gətirib: “Bəli, düşünürəm ki, mən bunu edəcəkdim. Bunu heç vaxt dəqiq bilmək olmaz, lakin əgər yürüşün ilk hissəsində Ferstappen pit-stopa getməsəydi, onsuz da mən DRS ilə ona kifayət qədər yaxın idim, artıq onun şinlərlə bağlı problemi var idi. Beləliklə, fikirləşirəm ki, onu qabaqlaya biləcəkdim. Hesab etmirəm ki, ötüb keçmənin qarşısını almaq üçün Maksı bokslara çağırıblar. Zənnimcə, onu çağırmaqlarının səbəbi şinlərdə olan problem idi. Bizim arxamızda olanlar artıq pit-stopu başa vururdular. Ola bilər ki, bu, sadəcə başqalarının dayanmasına reaksiya olub. Onlar hər iki maşın üçün ən yaxşı yürüş strategiyası yaratmaq istəyirlər”.
Qeyd edək ki, “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı Halqasında Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari” komandasının pilotu Şarl Lekler isə üçüncü yeri tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş