Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan – Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb

Azərbaycan – Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb


Bu gün minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində qrup mərhələsində sonuncu oyununu keçirib.
BrendSport.az xəbər verir ki, A qrupunda yer alan millimiz Serbiya yığması ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında təşkil olunan matçda hesab açılmayıb – 0:0.
Millimiz ilk oyunda Çexiya ilə qolsuz heç-heçə edib. Komandamız daha sonra İtaliya və Gürcüstan seçmələrinə 2:0 hesabı ilə qalib gəlib.
Hesabında 8 xal olan millimiz qrupda üçüncü pillədə qərarlaşıb. İlk pillədə qərarlaşan Serbiya və Çexiya seçmələrinin də hesabında eyni sayda xal var.
Baş məşqçi Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş