Əsas Səhifə > Maraq > Azərbaycan – Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb
Azərbaycan – Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb4-05-2023, 22:00 |
Bu gün minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində qrup mərhələsində sonuncu oyununu keçirib. BrendSport.az xəbər verir ki, A qrupunda yer alan millimiz Serbiya yığması ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında təşkil olunan matçda hesab açılmayıb – 0:0. Millimiz ilk oyunda Çexiya ilə qolsuz heç-heçə edib. Komandamız daha sonra İtaliya və Gürcüstan seçmələrinə 2:0 hesabı ilə qalib gəlib. Hesabında 8 xal olan millimiz qrupda üçüncü pillədə qərarlaşıb. İlk pillədə qərarlaşan Serbiya və Çexiya seçmələrinin də hesabında eyni sayda xal var. Baş məşqçi Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Geri qayıt |