Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” klubunun oyunçuları “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər

“Sabah” klubunun oyunçuları “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər


“Sabah” və “Dinamo” (Zaqreb) klubları arasında əməkdaşlıq çərçivəsində Bakı təmsilçisinin üç futbolçusu Xorvatiyaya yollanıb.
BrendSport.az xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov iki həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.
Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd futbolçuların Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.


Facebook-da paylaş

Xəbəri paylaş