Çempionlar Liqasının finalı ABŞ-də keçirilə bilər
BrendSport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.
O bildirib ki, həlledici qarşılaşmanın Birləşmiş Ştatlarda təşkili yalnız 2025-ci ildən sonra mümkündür: "Artıq bunu müzakirə etməyə başlamışıq. Final oyunu bu il İstanbulda, gələn il Londonda, 2025-ci ildə Münhendə olacaq. Bundan sonrasına isə baxacağıq".
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Facebook-da paylaş