PSJ Lionel Messi ilə yollarını ayırır
BrendSport.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Klub rəhbərliyi 36 yaşlı forvardla yeni sözləşmə barədə danışıqları dayandırıb. Buna səbəb futbolçunun yüksək məvacib tələb etməsidir.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, cari mövsüm bütün turnirlərdə keçirdiyi 36 maçtda 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş