Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Çelsi” ilə cavab oyunu “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub

“Çelsi” ilə cavab oyunu “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub


UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Çelsi” ilə keçirilən cavab oyunu “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, fransalı forvard qitənin ən nüfuzlu klub turnirində 150-ci görüşünə çıxıb.
Benzema buna nail olan beşinci futbolçu kimi tarixə düşüb. Onu hazırda Çempionlar Liqasındakı oyun sayına görə cəmi 4 oyunçu qabaqlayır. Bunlar Kriştiano Ronaldo (183 oyun), İker Kasilyas (177), Lionel Messi (163) və Xavidir (151).
Bundan əlavə, Benzema “Real”ın heyətində Çempionlar Liqasında 131-ci qarşılaşmasını keçirərək, yeni rekord müəyyənləşdirib. O, “kral klubu”nda ən çox iştirak edən meydan oyunçusu olub. Benzema madridlilərin əfsanəsi Raulu Qonzalesi (130) geridə qoyub.


Facebook-da paylaş

Xəbəri paylaş