Qurban Qurbanov: "Bir yox, bir neçə oyunçumuzla maraqlanırlar"
"Futbolçularıma digər klublardan maraq olması normaldır. Bir yox, bir neçə oyunçumuzla maraqlanırlar".
BrendSport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cari mövsümün sonunda klubla müqaviləsi başa çatacaq futbolçularla bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, həmin oyunçularla danışıqlar aparmaq üçün mayadək vaxtları var: "Hələ futbolçularla konkret masa arxasına oturmamışıq. Hər birinə böyük dəyər veririk. Hamısı ilə danışıb bir-birimizdən qarşılıqlı razı qalmağa çalışacağıq. Amma hansısa oyunçunun karyerası başqa ölkədə daha yaxşı alınacaqsa, öz hüquqlarımızı qorumaq şərtilə, ona mane olmayacağıq. Müqaviləni uzatsaq da, yolları ayırsaq da, hamısını hörmət çərçivəsində etməyə çalışacağıq".
Facebook-da paylaş