«Oskar-2019»da idmançı aparıcılıq etdi
BrendSport.az xəbər verir ki, Tennis üzrə «Böyük dəbilqə» turnirinin 23 qat qalibi Serena Uilyams «Oskar-2019»un təqdimetmə mərasimində aparıcı kimi iştirak edib. Amerikalı tennisçi aktyor Bredli Kuper və Ledi Qaqanın baş rol aldığı «Ulduz doğuldu» filminin musiqisini «ən yaxşı musiqi» nominasiyası üzrə qalib kimi açıqlayıb. Xatırladaq ki, builki «Oskar» mərasimində bir çox idmançılar iştirak edib.
Facebook-da paylaş