Ronaldonun bacısından ilginc açıqlama
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Valensiya” ilə keçirilən oyunda (2:0) qırmızı vərəqə alıb.
Qarşılaşmanın baş hakimi Feliks Brix köməkçisi ilə məsləhətləşdikdən sonra Ronaldoya birbaşa qırmızı vərəqə göstərib. Bu, portuqal futbolçunun ÇL-də ilk qırmızı vərəqəsi olub.
Ronaldonun bacısı Katya Aveyru “instagram”da qardaşının meydandan qovulmasına münasibət bildirib:
“Bu, bütün futbol üçün biabırçılıqdır. Gec-tez, ədalət zəfər çalacaq. Onlar qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah hər şeyi görür”.
Facebook-da paylaş