Bilurə Eminova: “İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi”
Bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
BrendSport.az xəbər verir ki, təcrübəli stolüstü tennisçi Bilurə Eminovaya da bu sevincdən pay düşüb. Dəfələrlə Azərbaycan çempionu adını qazanan idman ustasına mənzil hədiyyə olunub. Əməyi keçən hər kəsə minnətdarlığını bildirən Bilurə Eminova hisslərini bu ifadələrlə bölüşüb: “Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bu cür diqqət və qayğı bizi daha böyük həvəslə fəaliyyət göstərməyə ruhlandırır. Bundan sonra da idmanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Facebook-da paylaş