Noyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Badminton Federasiyasının fəaliyyəti ilə tanış olub
Badminton üzrə milli komandanın üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.
BrendSport.az saytı xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın vitse-prezidenti Balakişi Qasımov, milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.
Facebook-da paylaş