Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çingiz Hüseynzadə: Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib

Çingiz Hüseynzadə: Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib


Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alaraq yaşayış məntəqələrinə raket zərbələri endirməsi düşmənin cəbhədəki məğlubiyyətindən daha da azğınlaşmasının göstəricisidir.
BrendSport.az
saytı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Vitse-prezident qeyd edib ki, məğlubiyyətlə barışa bilməyən Ermənistan hakimiyyəti bu təxribatlarla xarici qüvvələri münaqişəyə cəlb etmək istəyir. Ermənistanın cinayətkar əməllərinə, xalqımızda qorxu hissi yaratmağa çalışmasına baxmayaraq, Azərbaycan gündən-günə qələbəyə yaxınlaşır.
“Beynəlxalq arenada Azərbaycanın idman şərəfini qoruyan atletlərimiz bu gün cəbhədə Vətəni qoruyurlar. Hər bir azərbaycanlının Prezidenti olan Ali Baş Komandan İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin Prezidentidir. Ona görə də idmançılar ikiqat məsuliyyət hiss edirlər. Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib. İnanın, onları zorla saxlayırıq və bildiririk ki, vaxtı gələndə onlar da hamı kimi Vətən uğrunda mübarizəyə qoşulacaqlar”, - deyə Ç.Hüseynzadə əlavə edib.
MOK-un vitse-prezidenti Azərbaycan Ordusunun qalibiyyətini ədalətin bərpası kimi qiymətləndirərək deyib: “İdman yarışlarının hakimləri olur. Onlar yarışların ədalətli keçməsini təmin edirlər. Biz münaqişənin ədalətli həllini 30 il gözlədik. Bu gün görürük ki, bu ədalət döyüş meydanında əldə olunur. Bu ədaləti Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu təmin edəcək”.


Facebook-da paylaş

Xəbəri paylaş