Avropanın ən güclüsü "Atletiko" oldu
UEFA Super Kubokun qalibi müəyyənləşib. Həlledici qarşılaşmada 2 Madrid təmsilçisi - “Real” və “Atletiko” üz-üzə gəlib. Oyun Estoniyanın paytaxtı Tallində baş tutub.
“Real” Superkubokun son sahibi idi. “Kral klubu” ötən il Avroliqanı qazanan “Mançester Yunayted”dən üstün olmuşdu (2:1).
Bu görüşdə isə o titulu "Atletiko" komandası onun əlindən alıb. Belə ki, 120 dəqiqə davam edən görüşün sonunda "Atletiko" 4:2 hesabı ilə qələbə qazanaraq Avropanın ən güclüsü olduğunu sübut edib.
15 avqust
UEFA Super Kuboku
23:00. "Real" (İspaniya) - "Atletiko" (İspaniya) - 2:2 (Əlavə vaxt 2:4)
Qollar: Dieqo Kosta, 1 (0:1), Kərim Benzema, 27 (1:1), Serxio Ramos, 63-pen. (2:1), Dieqo Kosta, 79 (2:2), Saul, 98 (2:3), Koke, 103 (2:4)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu
Facebook-da paylaş