Əsas Səhifə > Manşet / Dünya idmanı > Avropanın ən güclüsü "Atletiko" oldu
Avropanın ən güclüsü "Atletiko" oldu16-08-2018, 01:44 |
UEFA Super Kubokun qalibi müəyyənləşib. Həlledici qarşılaşmada 2 Madrid təmsilçisi - “Real” və “Atletiko” üz-üzə gəlib. Oyun Estoniyanın paytaxtı Tallində baş tutub. “Real” Superkubokun son sahibi idi. “Kral klubu” ötən il Avroliqanı qazanan “Mançester Yunayted”dən üstün olmuşdu (2:1). Bu görüşdə isə o titulu "Atletiko" komandası onun əlindən alıb. Belə ki, 120 dəqiqə davam edən görüşün sonunda "Atletiko" 4:2 hesabı ilə qələbə qazanaraq Avropanın ən güclüsü olduğunu sübut edib. 15 avqust UEFA Super Kuboku 23:00. "Real" (İspaniya) - "Atletiko" (İspaniya) - 2:2 (Əlavə vaxt 2:4) Qollar: Dieqo Kosta, 1 (0:1), Kərim Benzema, 27 (1:1), Serxio Ramos, 63-pen. (2:1), Dieqo Kosta, 79 (2:2), Saul, 98 (2:3), Koke, 103 (2:4) Baş hakim: Şimon Marçinyak (Polşa) Estoniya. Tallin Lilleküla stadionu Geri qayıt |