Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman sahəsindəki uğurlarımız ölkəmizin beynəlxalq aləmdəki reytinqini durmadan artırır



Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

Məhz bunun bariz nümunəsi olaraq ölkəmizdə müxtəlif idman arenaları inşa olunur, beynəlxalq səviyyəli idman yarışları təşkil keçirilir. Dünya idman arenasında ölkəmiz özünə layiqli yer tutmağı bacarmışdır.

Demək olar ki, bütün bölgələrimizdə yeni idman qurğuları, olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Bu da yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli keçirmələrinə, sağlam və gümrah böyümələrinə əlavə stimul verir. Belə idman qurğularından biri də 13 ildən artıqdır ki, fəaliyyət göstərən Şamaxı Olimpiya İdman Kompleksidir.

Şamaxı Olimpiya İdman Kompleksi 2005-ci il aprelin 26-da tikilib istifadəyə verilib. Ümumi sahəsi 3,5 ha olan Kompleksin əsas binasında 1 idman (ölçüləri 50x30x9m, tamaşaçı tutumu 725 nəfər) və 2 trenajor zalları fəaliyyət göstərir. Bunlardan əlavə Kompleksin əsas binasında 2 qarderob, 2 soyunub-geyinmə (duş kabinələri), 2 ehtiyat komanda, 2 məşqçi-müəllim, 1 həkim, 1 hakim, direkor, inzibati işçilər üçün nəzərdə tutulan və 2 köməkçi otaqlar, 3 anbar yerləşir.

Kompleksdə açıq tipli futbol, basketbol (28x18m, tamaşaçı tutumu 180 nəfər), voleybol (24x11m, tamaşaçı tutumu 192 nəfər) meydançaları, tennis kortu, qaçış zolağı, qum meydançası (6x4), üzgüçülük hovuzu (25x12,5m, tamaşaçı tutumu 144 nəfər) fəaliyyət göstərir. Kompleksin ərazisində 15 birmərtəbəli kotec (12 bir otaqlı, 3 iki otaqlı) və yeməkxana yerləşir. Kompleksin 2 duşxanası, su və yanacaq anbarları, qazanxana və camaşırxana mövcuddur.

Kompleksdə 5 idman növü üzrə qruplar fəaliyyət göstərir: üzgüçülük, ağır atletika, sərbəst güləş, futbol, taekvondo. Bu bölmələrdə 5 məşqçi–müəllim müqavilə əsasında çalışır. Kompleksin 11 ştat vahidi var.

Son zamanlar rayonda yeniyetmə və gənclərin idmana olan həvəsini artırmaq və davamiyyətlərini mütəmadi etmək üçün kompleksdə fəaliyyət göstərən bütün idman növlərində rəhbərlik tərəfindən müəyyən endirimlər edilmişdir. Bu da öz növbəsində istər-istəməz gənclərimizin marağına səbəb olur və onlar bu imkandan daha da çox faydalanmaq istəyirlər.

Bu baxımdan biz də kompleksdə edilən qiymət dəyişikliklərini oxucularımızın diqqətinə çatdırır, inannırıq ki, bu idman ocağında fəaliyyət göstərən idman növlərinə olan maraq bundan sonra daha da artacaq.

Dönməz Abbasov













Facebook-da paylaş

Xəbəri paylaş