Beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib

Sentyabrın 2-də gənclər və idman naziri Fərid Qayıbov avqust ayında beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. F.Qayıbov idmançılarımızın beynəlxalq arenadakı nailiyyətlərini yüksək dəyərləndirib və ay ərzində Dövlət Himnimizin 8 ölkədə səsləndiyini vurğulayıb.
Bu müddətdə qazanılan 25 qızıl, 25 gümüş və 33 bürünc medal münasibətilə idmançıları və məşqçiləri təbrik edib.
Görüşdə son bir ayda əldə olunan uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.




Facebook-da paylaş
