Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançıları və onların məşqçiləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarıın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Facebook-da paylaş