Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb



Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançılara təbriklərini çatdırıb və onlara yeni uğurlar arzulayıb.

Tədbirdə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Bədii gimnastika, tamblinq, ikili mini-batut, batut gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, aerobika gimnastikası, güllə atıcılığı, stolüstü tennis, üzgüçülük, cüdo, stronqmen, uşu-sanda, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Milli komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.


Facebook-da paylaş

Xəbəri paylaş