Futbolda böyük dəyişikliklər yaşanacaq - FİFA-dan yeni qərarlar
Martın 16-da Kolumbiyada toplanan FIFA Konseyi önəmli dəyişikliklərə gedib. 26 aprel 2018 tarixli rəsmi yazıya əsasən futbolçuların transferlərində və ödəmələrində yaşadıqları problemlərlə bağlı qərar verən FIFA, transferlərlə bağlı qaydanın 14-cü maddəsində həyata keçirdiyi dəyişikliklə 2 aydan çox pulunu ala bilməyən oyunçulara klubla müqaviləsini pozmaq haqqı verib.
Belə ki, bənzər problemlər yaşayan futbolçu ona borclu olan kluba 15 günlük müddət vermək şərtilə müqaviləni poza biləcək. Bu sayədə mövcud müqavilədəki alternativ hökmlər qüvvəyə minəcək.
2018-ci il iyunun 1-dən qüvvəyə minən qaydalar peşəkar oyunçularla klubların əlaqələrini, tərəflər arasında müqavilə sabitliyinin saxlanmasını və mövcud mübahisələrin həlli sisteminin effektivliyini gücləndirmək məqsədi daşıyır.
FIFA hələ ötən il bir araya gəldiyi FIFPRO ilə də bu mövzu haqda danışıb. Ödəmələri iki ay gecikən futbolçunun sərbəst qalmasıvə klubların oyunçulara "Heyətdən kənarlaşdırıldın. Artıq fərdi məşqlər edəcəksən" kimi fikirlərin söyləməməsi haqqında fikir birliyinə varmışdılar.
Facebook-da paylaş