Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024-də Azərbaycanı təmsil edən Olimpiya komandası üçün qala gecə təşkil olunub



Fransanın paytaxtı Parisdə baş tutmuş XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandasının şərəfinə qala gecə təşkil edilib.

BrendSport.az
xəbər verir ki, Paris-2024-də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri tədbirdə yer alıblar.

Qala gecədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançıları bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

Sonra nazir Fərid Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.


Facebook-da paylaş

Xəbəri paylaş