Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək
İntellektli və əqli məhdudiyyəti olan liderlər inklyuzivliyi təbliğ edirlər
2018-ci ilin sentyabr ayında Azərbaycanda, paytaxt Bakıda, ölkəmiz də daxil olmaqla, 30 ölkədən 300-dən artıq gənc və orta yaş nümayəndəsinin Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu keçiriləcək.
BrendSport.az saytı xəbər verir ki, forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlamasında yeni era olacaq.
Beş gün ərzində baş tutacaq forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir və bu tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayırması üçün böyük qüvvə və təkan olacaq.
Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumunun Bakıda sentyabr ayının 24-28-də baş tutması haqda elan, 4 Aprel tarixdə keçirilmiş mətbuat konfransı zamanı ictimaiyyətə açıqlandı.
Mətbuat konfransında çıxış edən Azərbaycan Respubikasının gənclər və idman naziri Azad Rəhimov söyləmişdir: “Azərbaycan qədim tarixi, mədəniyyəti və adət-ənənələri olan ölkədir. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Bu gün biz yeni bir tarix yazacağıq. Qürurla 24-28 Sentyabr 2018-ci il tarixdə Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. 30 ölkədən 300-ə yaxın gənc və orta yaş nümayəndəsi bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salmış olacaqlar.”
Mətbuat konfransında vurğulandı ki, Azərbaycanın 25 ildir üzvü olduğu Xüsusi Olimpiya Hərəkatı bu il, 2018-ci ildə 50 illik yubileyini qeyd edir. Xüsusi Olimpiya Hərəkatının üzvü olmaq, bizlər: atletlər, məşqçilər, könüllülər, ümumilikdə təşkilatın hər bir üzvü üçün sevinc və qürur hissidir. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.
Xüsusi Olimpiya Hərəkatının aparıcı liderləri olan iştirakaçılar beş Forum günü ərzində ictimaiyyətdə bu insanlara olan baxış bucağını dəyişməyə, məktəblərdə, cəmiyyətlərdə, əyalət və ölkələrdə inklyuzivliyi həyata keçirmək üçün yeni bilgilər, təcrübə və lazımi mənbələrlə təmin olunacaqlar.
Forum eyni zamanda, orta yaşlı liderlərin gəncləri ilhamlandırması, yeni metod və texnikalarla təmin olunmaları üçün dəstək olacaq.
50 illik yubileylə əlaqədar olaraq Foruma qədər müxtəlif səpkili idman layihələrinin həyata keçirilməsi planlaşdırılır. Xüsusi Olimpiya Hərəkatının növbəti 50 ili üçün bu forum gənclərin daha qlobal cəlb olunması, inklyuziv idman və inklyuziv təhsilin daha da genişləndirilməsi istiqamətində yeni layihə olacaq.
Növbəti 5 il ərzində Xüsusi Olimpiya Hərəkatı intellektual və intellekt çatışmamazlığı olan gəncləri təhsil və idman vasitəsi ilə bir araya gətirməklə, dünyanın 40 000-dən artıq məktəbində inklyuziv idman və təhsil modelllərini – Vahid İdman və Vahid Məktəbdə genişləndirmək niyyətindədir.
“Biz ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini və bütün dünyada minlərlə məktəb divarları arasında və xaricində inklyuzivliyi təşviq etmək üçün gənclərin malik olduğu potensialdan tam istifadə etməyə çağırıq. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun və yadda qalan olacaq deyə, Xüsusi Olimpiya Avropa Avrasiya hərəkatının Prezidenti və İcraçı Direktoru cənab David Evangelista bildirdi.
Mətbuat konfransının sonunda 24-28 sentyabr tarixlərində Bakıda keçiriləcək “Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu” ilə əlaqədar nazir Azad Rəhimov və təşkilatın prezidenti Devid Evangelista arasında Anlaşma Memorandumu imzalandı.
Eyni zamanda, Azərbaycan Xüsusi Olimpiya Təşkilatı və BMT-nin Əhali Fondu arasında Bakı- Abşeron yarımadası ərazisində inkyuziv qız idmanını inkişaf etdirmək üçün Sazişin imzalanması oldu.
Xüsusi Olimpiya Hərəkatı haqqında:
Xüsusi Olimpiya Hərəkatı idman, səhiyyə, təhsil və liderlik proqramları vasitəsi ilə gündəlik dünyada diskriminasiya və intellekt çatışmamazlığı olan insanların şiddətə məruz qalmamaları üçün mübarizə aparan xüsusi proqramdır. 1968-ci ildə bünövrəsi qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan Vahid partnyorları var. Xüsusi Olimpiya Komitəsi 1 milyona yaxın məşqçi və könüllünün dəstəyi ilə il ərzində 32 idman növündə, 108 min yarışda və mübarizədə iştirak etmişdir.
Facebook-da paylaş