Türkiyə mətbuatı: İstanbul nəhəngi “Neftçi”nin sabiq futbolçusu ilə danışıqlar aparır
Türkiyənin “Fənərbağça” klubu bu ilin yayında “Neftçi”dən ayrılaraq “Partizan”a keçən Mateus Saldanyanı transfer etmək istəyir.
BrendSport.az xəbər verir ki, İstanbul nəhəngi 24 yaşlı braziliyalı hücumçu üçün Belqrad təmsilçisi ilə danışıqlara başlayıb.
Daha əvvəl “Beşiktaş” klubunun baş koordinatoru Samet Aybaba da M. Saldanyanın oyununu izləmək üçün Serbiyaya yollanmışdı.
Qeyd edək ki, Mateus Saldanya bu ilin yanvarından iyul ayına kimi “Neftçi”nin formasını geyinib. O, “Partizan”ın heyətində indiyədək meydana çıxdığı 24 görüşdə 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş