Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” MLS-də ilin ən yaxşı debütantı ilə danışıqlar aparır



“Neftçi” futbol klubu ABŞ və Kanadanın peşəkar futbol liqası olan MLS-in (Mojar League Soccer) “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki ilə danışıqlar aparır.

BrendSport.az
xəbər verir ki, yaponkökənli, həmçinin Yaponiya pasportuna malik Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmağa ilkin razılıq verib.

Həm mərkəz hücumçu, həm də hücumameyilli cinah yarımmüdafiəçisi mövqelərində oynayan 26 yaşlı futbolçu San-Pauluda doğulub. Şinyaşiki 18 yaşında Denver Universitetində təhsil almaq üçün San-Pauludan ABŞ-yə köçüb və orada universitetin futbol komandasında çıxış edib.

Kolleclərdəki 2017 və 2018-ci illərdəki mövsümlərarası yay aralığında “Kolorado Repidz U-23”nin formasını geyinib.

2019-cu ilin yanvarın 11-də MLS-in Superdraftında Şinyaşiki birinci raundda beş nömrə altında “Kolorado Repidz” klubu tərəfindən seçilib.

Şinyaşikinin peşəkar debütü martın 2-də “Portlend Timbers”ə qarşı mövsümün açılış matçında baş tutub və həmin matçda o, “Kolorado Repidz”i məğlubiyyətdən xilas edib – 3:3. Bu qol MLS-in ilk həftəsinin ən yaxşı qolu seçilib.

Sentyabrın 7-də “Sietl Saunders”ə qarşı oyunda Şinyaşiki dubla imza ataraq komandasına 2:0 hesablı qələbə bəxş edib ki, bu da ona həftənin oyunçusu seçilməsinə səbəb olub. 31 matçda yeddi qol vurduğu və üç məhsuldar ötürmə verdiyi 2019-cu il mövsümünün sonunda Şinyaşiki MLS-də ilin ən yaxşı debütantı seçilib.

2022-ci ilin mayın 3-də ildə braziliyalı “Şarlott”a satılıb. O, “Şarlott”da debütünü Devid Bekhemin “İnter Mayami”sinə vurduğu qolla edib.

Beləliklə, braziliyalı Mateus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişinin “Neftçi”nin hücum xəttini xeyli gücləndirəcəyi göz qabağındadır.


Facebook-da paylaş

Xəbəri paylaş