Zlatan İbrahimoviç ABŞ klubunda qalası oldu
ABŞ-ın “Los Anceles Qalaksi” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.
BrendSport.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə müqavilənin müddəti 2019-cu ilin dekabrına kimi uzadılıb. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İbrahimoviç MLS-də başa çatan mövsümdə 27 matçda 22 qol vurub. Onun bu qış ABŞ klubundan ayrılacağı və karyerasını başqa komandada davam etdirəcəyinə dair xəbərlər dolaşırdı.
Facebook-da paylaş