Əsas Səhifə > Dünya idmanı > Zlatan İbrahimoviç ABŞ klubunda qalası oldu

Zlatan İbrahimoviç ABŞ klubunda qalası oldu


19-12-2018, 10:57


ABŞ-ın “Los Anceles Qalaksi” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.

BrendSport.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə müqavilənin müddəti 2019-cu ilin dekabrına kimi uzadılıb. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İbrahimoviç MLS-də başa çatan mövsümdə 27 matçda 22 qol vurub. Onun bu qış ABŞ klubundan ayrılacağı və karyerasını başqa komandada davam etdirəcəyinə dair xəbərlər dolaşırdı.
Geri qayıt