Regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirilib
Gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, toplantıda illik tədbirlər planı haqqında məlumat verilib.
Həmçinin, ölkə yarışlarının keçirilmə qaydalarıyla bağlı reqlament və idarələrin təklifləri dinlənilib.
Tibbi Bədən Tərbiyəsi Dispanserlərinin fəaliyyətləri, idman məktəblərində növlər üzrə 2023-2024 tədris illərində yeni normativlərin tətbiqi və digər məsələlər müzakirə olunub.
Tədbirdə nazirliyin Aparat rəhbəri Amin Xudiyev də iştirak edib.
Facebook-da paylaş