Azərbaycanlı atlet Fransada keçirilən beynəlxalq turnirin qalibi olub


Azərbaycanlı atlet Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qalibi adını qazanıb.
Azərbaycan Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, turnirdə N.Babayev üçtəkanla tullanma yarışında 16,67 metr nəticə ilə birinci yeri tutub. O, bu nəticə ilə fransalı atlet Mamadu Dia Çerif (16,09 metr) və belaruslu Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.
Facebook-da paylaş
