Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib

Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az -a bildiriblər ki, yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəlinə əsasən müəyyən ediliblər.
Yarışda qızıl medala 71 yaşlı Vladimir Jilyayev sahib olub. O, toplam 160 kiloqram (70+90) nəticə və 369,30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq, 225 kiloqram (102+123) nəticə və 345,16 xalla Zəfər Tağıyev, toplam 265 kiloqram (120+145) nəticə və 339,55 xalla Namiq Cəmilov tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş